Merkel vaksinasiyadan niyə imtina etdi? - SƏBƏBİ

Hazırda oxunan: Merkel vaksinasiyadan niyə imtina etdi? - SƏBƏBİ

17539

Almaniya kansleri Angela Merkel əvvəl koronavirus peyvəndi üçün qeydiyyatdan keçib, lakin sonra o, qərarını ləğv edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçinin bunu hansı səbəblərə görə etdiyi açıqlanmayıb.

Prosedur 11 aprel bazar günü baş tutmalı idi. Bu barədə Bild qəzeti məlumat yayıb. Peyvənd keçmiş Berlin-Tempelhof hava limanının ərazisindəki mərkəzdə aparılmalı idi.
 

MÖVZU İLƏ BAĞLI:

Almaniyada koronavirusun üçüncü dalğası.... – Angela Merkeldən XƏBƏRDARLIQ


Qəzetin yazdığına görə, Kanslerin həmin günü Xristian Demokrat Birliyi (CDU) və Xristian Sosial Birliyi (CSU) partiyaları rəhbərliyinin toplantısına iştirak edib.

Çox güman ki, kasler bu səbəbdən də vaksinasiyanı ləğv edib.

Hökümət sözçüsü Steffen Seibert vəziyyəti birbaşa şərh etmədi, ancaq covid riski altında olan 66 yaşlı Merkelin yaxın gələcəkdə peyvənd olunacağını və bu barədə ictimaiyyəti məlumatlandıracağını açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin