Dünəni işğalçılıq, bu günü FAŞİZM... - Hollandiyanın Azərbaycana qarşı qərəzi nədən qaynaqlanır?

Hazırda oxunan: Dünəni işğalçılıq, bu günü FAŞİZM... - Hollandiyanın Azərbaycana qarşı qərəzi nədən qaynaqlanır?

175370

Azərbaycanın müstəqil siyasəti və regional gücə çevrilməsi Qərbi ciddi narahat edir. Ona görə də Qərb bütün vasitələrlə Azərbaycanın üstünə gəlir, ölkəmizin qarşısına maneələr çəkməyə çalışır.

Budəfəki həmlə isə Hollandiyadan gəldi.

Belə ki, yanvarın 18-də Hollandiya Parlamentinin İkinci Palatasının Xarici Əlaqələr Komitəsinin yeni ildə ilk iclası olub. Elə ilk iclasdaca hollandlar Azərbaycana qarşı çıxışlar etməyi unutmayıblar.

Hollandiya xarici işlər naziri Hanke Bruins Slotun da iştirak etdiyi bu iclasda Ermənistan və Azərbaycan münasibətləri və Cənubi Qafqazda gedən proseslər müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı nazirə müxtəlif suallar ünvanlanıb.

Təbii ki, ünvanlanan sualların çoxu reallıqdan uzaq, anti-Azərbaycan xarakterli olub. Ona görə ki, Holland deputatların çoxu heç Cənubi Qafqazı doğru-düzgün tanımırlar. Ona görə də onların qulağına pıçıldanan sualları nazirə ünvanlayıblar. Suallar isə ənənəvi ermənipərəst ritorikaya uyğun olub. Guya ki, Azərbaycan Ermənistana qarşı “ərazi iddiaları” irəli sürür”, “Qarabağdan ermənilər zorla köçürülüb” və s.

Nə təsadüfdürsə, hollandiyalı deputatlar da fransalı, almaniyalı həmkarları kimi Azərbaycanın gözlənilən “təcavüzündən” ciddi narahatlıq keçirdiklərini ifadə etməyi unutmayıblar.
Hollandiya hökümətindən tələb edilib ki, “əgər Azərbaycan Ermənistana hücum edərsə, o zaman bu “təcavüzün” qarşısını almaq üçün Avropa İttifaqı qəti tədbirlər görməlidir”. Və təbii ki, Hollandiya hökumətinin Ermənistana yardım etməsinin zəruriliyi ilə bağlı nağıllar da müzakirələr zamanı unudulmayıb.

Hollandiyalı deputatlar “erməni qaçqınları” üçün də göz yaşı töküblər. Guya Onların Qarabağa qayıtması üçün Hollandiya Azərbaycanla müvafiq danışıqlar aparmalıdır. Hətta bəyan belə ediblər ki, Hollandiya Azərbaycan rəhbərliyinin “qorxulu və təcavüzkar” ritorikasını pisləməlidir.

Həqiqətlər isə hər zamankı kimi arxa planda qalıb...

Göründüyü kimi “zanbaqlar ölkəsi”nin deputatları Cənubi Qafqazda gedən proseslərin mahiyyətindən zərrə qədər də məlumatlı deyillər. Çünki Azərbaycanın Ermənistana qarşı hər hansı bir ərazi iddiası yoxdur. Əksinə, Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamağa davam edir, həmin kəndləri azad etmək yerinə, delimitasiya prosesini ləngitmək üçün müxtəlif bəhanələr uydurur.

Azərbaycan isə haqlı olaraq, Ermənistandan bu ərazilərin boşaldılmasını və geri verilməsini tələb edir. Bunu da hollandlar Azərbaycanın ərazi iddiası kimi başa düşürlərsə, əlavə şərhə ehtiyac yoxdur.

Öz olanını tələb etmək nə zamandan ərazi iddiası olub?

Əgər doğrudan da hollandlar bu qədər ədalət çarçısı və haqq tərəfdarıdırlarsa, niyə 30 illik işğal dönəmində susdular?! Niyə həmin deputatlar və onların sələfləri bircə dəfə səslərini qaldırmadılar ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır?! Ermənistana demədilər ki, işğal etdiyin ərazilərdə niyə soyqırımı həyata keçirirsən? Azərbaycanın, dolayısı ilə sivilizasiyanın maddi-mənəvi irsini niyə məhv edirsən?

Yəni hollandiyalı parlamentarilər istəsəydilər, Ermənistana bundan da artıq, haqlı suallar verə bilərdilər. Amma vermədilər. Çünki onlara həqiqət yox, pul lazımdır. Pulu da verən erməni diasporudur.

Artıq avropalıların erməni diasporundan gələn sifarişlə hərəkət etdikləri hər birimizə yaxşı məlumdur. Digər tərəfdən onlar kimisə ittiham edəndə öz qaranlıq tarixlərinə nəzər salmaq belə istəmirlər. Çünki Hollandiyanın tarix boyu törətdiyi vəhşiliklərdən sonra hansısa ölkəni, ələxsus da Azərbaycanı ittiham etməyə heç bir haqqı yoxdur.

Hollandiyanın qaranlıq tarixi

Digər Qərbi Avropa ölkələri kimi Hollandiya da heç vaxt süddən çıxmış ağ qaşıq olmayıb. Bu ölkə də böyük coğrafi kəşflər dövründən sonra dünyanın müxtəlif ərazilərində müstəmləkəçilik siyasəti aparıb. 16-18-ci əsrlərdə Şərqi və Qərbi Hind şirkəti adı ilə kolonizalizm siyasəti aparan hollandlar sonradan müstəmləkəçiliyi dövlət səviyyəsinə belə qaldırıblar. Onlar təkcə Afrikada deyil, Cənub-Şərqi Asiyadan tutmuş, Şimali Amerikaya qədər bir sıra əraziləri ələ keçirib, yerli xalqlara qarşı zülmlər ediblər.

Məsələn, ərazisinə görə dünyanın 16-cı ən böyük ölkəsi olan İndoneziya yüzilliklər boyu hollandlar tərəfindən idarə olunub. Ölkə 1945-ci ildə müstəqilliyini qazansa da, ağalıq etməyə öyrənmiş hollandlar bunu qəbul etməyərək, mübarizəyə davam ediblər. Nəticədə 5 il davam edən qanlı toqquşmalardan sonra, yalnız 1950-ci ildə İndoneziya müstəqillik qazanmağı bacarıb.

Lakin Hollandiya yeni müstəqillik qazanmış indoneziyalıları yenə də rahat buraxmayıb və iqtisadi ekspansiyanı davam etdirib. Ona görə də, bu gün belə İndoneziyanın əsas qızıl mədənlərini məhz holland şirkətləri nəzarətlərində saxlayırlar.

Heç 1950-ci ildə də Hollandiya müstəmləkəçiliyi sona çatmayıb. Onlar 1975-ci ilə qədər Surinamı öz koloniyaları kimi saxlamağa davam ediblər. Onu da qeyd etməliyik ki, Hollandiyanın kolonial siyasəti hələ də davam edir. Belə ki, Karib dənizi hövzəsində yerləşən Kiçik Antil adalarından üçü, Bonaire, Saba və Müqəddəs Eustatius hələ də Hollandiyanın müstəmləkəsi olaraq qalır.

Tarixdən dərs çıxarmayanların indiki halı

Təəssüflər olsun ki, tarixi işğallarla yazılmış Hollandiya günümüzdə daha dəhşətli bəla olan faşizmin tüğyan etdiyi ölkəyə çevrilib. Ötən ilin sonlarında baş tutan seçkilərdə ifrat sağçıların uğur qazanması da bunun əyani sübutudur. Üstəlik, Hollandiya miqrantlara, xüsusilə müsəlmanlara qarşı davranışları ilə digər Avropa ölkələrindən belə mənfi mənada daha çox diqqət çəkir. Belə ki, Hollandiyada Quranın yandırılması artıq adət halını alıb və buna qarşı heç bir tədbir belə görülmür.

Göründüyü kimi, tarixi işğallardan, bu günü isə faşistlərdən ibarət olan Hollandiya erməni diasporunun sifarişi ilə hərəkət etdir. Heç də təəccüblü deyil, çünki həm ermənilər, həm də hollandlar faşizm xəstəliyinə düçar olublar. Ona görə də, bir-birilərini yaxşı başa düşürlər...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin