Baydendən GERİ ADDIM – İmmiqrasiya siyasəti sərtləşdiriləcək

Hazırda oxunan: Baydendən GERİ ADDIM – İmmiqrasiya siyasəti sərtləşdiriləcək

175307

ABŞ prezidenti Cozef Bayden Konqresin razılığı ilə ölkəyə qeyri-qanuni miqrasiyaya qarşı sərt tədbirlər görməyə razı olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc edilmiş bəyanatda bildirilib.

Bayden qeyd edib ki, Meksikadan yüz minlərlə və milyonlarla qeyri-qanuni miqrantın gəldiyi cənubda ABŞ sərhədlərinin sistematik pozulması ilə bağlı vəziyyəti düzəltməyin vaxtı çoxdan çatıb.
ABŞ prezidenti vurğulayıb ki, onun komandası bu problemi həll etmək üçün iki aydır ABŞ Senatında hər iki partiya ilə məsləhətləşmələr aparır.

Bundan əlavə, Bayden Konqresə hökumətin sərhəd təhlükəsizliyi üçün əlavə vəsait tələbini təsdiq etməyi təklif edib. 

Xatırladaq ki, son günlərdə ABŞ-ın ən iri ştatlarından biri Texasda miqrasiya qalmaqalları fonunda ayrılma çağırışları güclənib. 

Səbəb federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikanlı məftilli divarı sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub.

Bundan sonra Texasda “Texit” (ştatın Şimali Amerika əyalətindən ayrılması) tərəfdarları yenidən ayağa qalxıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin