Kanada “Bayraktar”ın hissələrinin tədarükü ilə bağlı qadağanı LƏĞV ETDİ

Hazırda oxunan: Kanada “Bayraktar”ın hissələrinin tədarükü ilə bağlı qadağanı LƏĞV ETDİ

175283

Kanada hakimiyyəti Türkiyəyə “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) üçün hissələrin tədarükünə qoyulan qadağanı ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşr yazır ki, tərəflər bununla bağlı hələ yanvarın əvvəlində razılığa gəliblər. 
Müqavilənin şərtlərinə əsasən, Ankara İsveçin NATO-ya üzvlüyünü rəsmi olaraq təsdiqlədikdən sonra ixrac bərpa edilməli idi.

Qeyd edək ki, Kanada hökuməti sözügedən məhdudiyyəti 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin PUA-larından istifadə etməsindən sonra tətbiq etmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin