İngiltərə Şahzadə Filipə minnət borcunu ödəyəcək – Qərar verildi

Hazırda oxunan: İngiltərə Şahzadə Filipə minnət borcunu ödəyəcək – Qərar verildi

17520

Londonun mərkəzində mərhum Şahzadə Filipə abidə qoyulacaq.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Teleqraf qəzeti yazıb. Nəşrin yazdığına görə, abidənin Bukingem Sarayından bir qədər aralıda, Mall küçəsində qoyulması planlaşdırılır.
 

MÖVZU İLƏ BAĞLI:

Britaniya Baş naziri Şahzadə Filipin yas mərasimində iştirak etməyəcək


Məlumata görə İngiltərə parlamentariləri bu təklifi artıq dəstəkləyib. Qəzetin yazdığına görə böyük ehtimalla Baş nazir Boris Conson da abidənin quraşdırılmasına dəstək verəcək.

"Edinburq hersoqu ömrünü ölkəyə və kraliçaya xidmət etməyə həsr etdi. Abidə xidmət illərində minnətdarlıq simvolu olacaq",- İşçi Partiyadakı mənbə bildirib.

Məlumata görə abidənin quraşdırılması qismən könüllü ianələr hesabına maliyyələşdiriləcək.

Qeyd edək ki, Böyük Britaniya Kraliçası II Yelizavetanın əri Şahzadə Filip aprelin 9-da 99 yaşında vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin