Gürcüstan saat 16:00 - Tbilisi yenidən etiraz dalğalarına büründü

Hazırda oxunan: Gürcüstan saat 16:00 - Tbilisi yenidən etiraz dalğalarına büründü

1751

Gürcüstam MSK ilkin nəticələrinin təxmini hesabını apararaq elan edib ki, yeddi partiya və iki blok parlamentiə keçmək hüququ əldə edib.

“Hakimiyyət MSK-nın əli ilə rəqəmlər üzərində manipuliasiya edərək bir neçə faiz üstünlüklə demokratiya oyunu oynamış kimi, ali qanunvericilik orqanında çoxluğu "Gürcü arzusu"nun ixtiyarına buraxıb”. Müxalifət belə düşünür.

Müxalifət dünən axşamdan səsvermənin nəticələrini tanımadığını elan edib, vəd etdiyi kimi, saat 16-dan etibarən Parlament binasının qarşısını axışır.

Saakaşvili də yerli televiziyaların canlı efirinə bağlanaraq bildirib ki, əgər müxalifət qərar versə ki, mən onlara lazımam, dərhal Tbilisiyə uçacam: “Mənə heç bir vəzifə lazım deyil, öz ölkəmçün canımı qurban verməyə hazıram”.

Hakim dairələr isə əvvəlcədən elan ediblər ki, müxalifət ölkədə çaxnaşma salmaq üçün əvvəlcədən planı olub, onlar çevrilişə hazırlaşırlar.

Hazırda Rustaveli prospektində etiraz aksiyasına qoşulanların sayı anbaan artır.

Bir çox media qurumları ölkənin paytaxtında və digər böyük şəhərlərdə baş verənləri canlı yayımlayır. Bizim,Media da Gürcüstandakı son hadisələri izləməkdə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin