ABŞ Gümrüdə hərbi-bioloji laboratoriya yaradır - Rusların reaksiyası necə olacaq?

Hazırda oxunan: ABŞ Gümrüdə hərbi-bioloji laboratoriya yaradır - Rusların reaksiyası necə olacaq?

175044

ABŞ Ermənistanda daha bir hərbi-bioloji laboratoriya yaratmaq niyyətindədir. Beləliklə, Birləşmiş Ştatların Ermənistandakı hərbi-bioloji laboratoriyalarının sayı 13-ə çatacaq.

Bizim.Media xəbər verir ki, bununla əlaqədar olaraq Ermənistan ilə ABŞ-ın müdafiə nazirlikləri arasında müqavilə imzalanıb.

Ermənistan mətbuatının yazdığına görə, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.

Yerli mütəxəssislər bunu narahatlıqla qarşılayıblar. Onların fikrincə, hərbi-bioloji laboratoriyalarda müxtəlif patogen vasitələrdən istifadə olunduğuna görə, xüsusilə yaxınlıqdakı məktəblərdə işləyən və oxuyanların sağlamlığı üçün təhlükə yarana bilər.
Rəsmi Moskva da bu laboratoriyalara qarşı çıxış edib. Bildirilir ki, həmin obyektlər bütün dünya üçün ən təhlükəli virusların saxlanılması üçün anbar rolunu oynaya bilər. Rusiyanın etirazı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müzakirə olunur.

Qeyd edək ki, ABŞ-ın belə laboratoriyaları Ermənistanla yanaşı, Qazaxıstan və Gürcüstanda da var.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin