Ukrayna Belqorod-Xarkov istiqamətində hava məkanına nəzarəti davam etdirəcək

Hazırda oxunan: Ukrayna Belqorod-Xarkov istiqamətində hava məkanına nəzarəti davam etdirəcək

174987

Ukrayna Silahlı Qüvvələri Belqorod-Xarkov istiqamətində hava məkanına nəzarət tədbirlərini davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bu bəyanatla Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı çıxış edib.

Məlumatda bildirilib ki, Ukrayna Silahlı Qüvvələri raket təhlükəsini azaltmaq üçün hava məkanına nəzarət edəcək:

“Xüsusilə, raket buraxılış məntəqələri və Rusiyanın təchizat logistikası ətraflı şəkildə izləniləcək. Bunu nəzərə alaraq, Ukrayna Silahlı Qüvvələri terror təhlükəsinin aradan qaldırılması üçün, o cümlədən Belqorod-Xarkov istiqamətində çatdırılma maşınlarının məhv edilməsi və hava məkanına nəzarət tədbirlərini davam etdirəcək”.
Qeyd edək ki, Rusiya Belqorod vilayətinin Koroçanski rayonunda “İl-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin