Türkiyədən sonra növbə Macarıstandadır – NATO-nun qapısı İsveçin üzünə AÇILACAQ?

Hazırda oxunan: Türkiyədən sonra növbə Macarıstandadır – NATO-nun qapısı İsveçin üzünə AÇILACAQ?

174934

Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya daxil olması ilə bağlı qərarın ratifikasiyasına səs verib. Müvafiq qanun layihəsini 287 deputat dəstəkləyib, 55 deputat əleyhinə səs verib. Sənəd imzalanmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndəriləcək.

Türkiyədə ratifikasiya prosesi başa çatdıqdan sonra Macarıstan İsveçin alyansa üzvlüyünü hələ təsdiq etməyən yeganə ölkə olacaq.

Bəs, görəsən, Macarıstanın bu məsələyə mövqeyi necə olacaq? 

Politoloq Natiq Miri mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, Macarıstanın İsveçə embarqo qoyması birbaşa Türkiyə dövlətinin bu məsələyə münasibəti ilə əlaqəli idi: 

“Çünki İsveçin NATO-ya qəbul olunub-olunmaması ilə bağlı Macarıstanın elə bir ciddi problemi yoxdur. İsveç və Macarıstan arasında da münasibətlər normaldır. Həm Türkiyə, həm də Rusiya ilə münasibətlərə xələl gəlməməsi üçün Macarıstan bu cür mövqe ortaya qoymuşdu.
Zənnimcə, Macarıstan parlamentinin nümayəndələri tətildən qayıdandan sonra bu məsələyə müsbət yanaşacaqlar. Onların dirəniş göstərəcəklərinə inanmıram”.

Məhərrəm Əliyev, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin