Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya düşməsindən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Sputnik” agentliyində yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Qəzaya düşən rus təyyarəsində 65 ukraynalı əsir olub? - FOTO
“Bu yetərincə yeni, təzə informasiyadır. İndi onunla məşğul olacağıq. Hələlik heç nə deyə bilmərəm”, deyə o, qeyd edib.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bildirib ki, Dövlət Duması İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya düşməsi ilə əlaqədar ABŞ və Almaniyaya müraciət hazırlayacaq.
Bizim.Media