Xəbər verdiyimiz kimi, Rusiyanın Belqorod vilayətində “İl-76” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Bizim.Media Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təyyarədə Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu olub və onlar mübadilə üçün Belqorod vilayətinə aparılırdı.
Hadisə yerinə həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.
Rusiya KİV-ləri yazır ki, təyyarədə 65 ukraynalı ilə yanaşı, 6 ekipaj üzvü və əsirləri müşayiət edən 3 şəxs olub. Onların hamısı həlak olub.
Həmçinin qeyd edilir ki, hər iki tərəfdən 192 əsirin mübadiləsi bu gün Belqorod vilayətinin sərhədində baş verməli idi, lakin Ukrayna Silahlı Qüvvələri İl-76-ya hücum edərək bunu pozub.
Rusiyalı deputat Andrey Kartapolov deyib ki, Belqorod vilayətində hərbi təyyarənin qəzaya uğramasından sonra içərisində 80 ukraynalı hərbi əsir olan daha bir İl-76 geri çevrilib: "Bu, insanların həyatını xilas etmək üçün lazım idi".
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:50 / 24.01.2024
Qəzaya düşən rus təyyarəsində 65 ukraynalı əsir olub? - FOTO
Hazırda oxunan: Qəzaya düşən rus təyyarəsində 65 ukraynalı əsir olub? - FOTO
Hazırda oxunan: Qəzaya düşən rus təyyarəsində 65 ukraynalı əsir olub? - FOTO
174895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.