Türkiyə parlamenti İsveçin NATO-ya daxil olmasını TƏSDİQLƏDİ

Hazırda oxunan: Türkiyə parlamenti İsveçin NATO-ya daxil olmasını TƏSDİQLƏDİ

174823

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında İsveçin NATO-da iştirakı ilə bağlı təkliflə bağlı müzakirələr başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, iclasın yekununda İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.

Sənəd imzalanması üçün ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək.

Qeyd edək ki, yeni üzv ölkənin NATO-ya qəbul edilməsi üçün bütün üzv dövlətlərin parlamentləri üzvlük protokollarını qəbul etməlidir.
31 üzvü olan NATO-da indiyədək 29 üzv İsveçin NATO-ya üzvlüyünü təsdiqləmişdi. Türkiyə və Macarıstanda proses davam edirdi. Alyansda İsveçin müraciətini hələ təsdiq etməyən sonuncu ölkə artıq Macarıstandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin