ABŞ rusiyalı hakeri “qara siyahı”ya SALDI - SƏBƏB

Hazırda oxunan: ABŞ rusiyalı hakeri “qara siyahı”ya SALDI - SƏBƏB

174819

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Avstraliya və Böyük Britaniya ilə koordinasiyalı şəkildə rusiyalı haker Aleksandr Yermakovu kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısına daxil edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Aleksandr Yermakov Avstraliyanın ən böyük tibbi sığorta şirkəti “Medibank”ın məlumat bazasını ələ keçirdiyinə dair iddialar əsasında “qara siyahı”ya salınıb.
9,7 milyon müştərinin məlumatlarını oğurlamaqda şübhəli bilinən A.Yermakova qarşı maliyyə sanksiyaları və ölkəyə giriş qadağası tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin