Fransada ermənilər aksiya keçirən fermerlərə hücum etdilər - VİDEO

Hazırda oxunan: Fransada ermənilər aksiya keçirən fermerlərə hücum etdilər - VİDEO

174800

Fransada fermerlərin son günlər davam edən etirazları Parisdən başqa şəhərlərə də yayılıb.

Bizim.Media xəbər verir ki, bu gün Fransanın cənub-qərbində yerləşən Pamiers kommunasında fermerlər aman bağlamaları və traktorlarla ölkənin aparıcı yollarını blokadaya alıblar.

RD119 körpüsünün yaxınlığında bir Ermənistan vətəndaşlığı olan sürücü avtomobili sürətlə etirazçıların üzərinə sürüb və nəticədə bir nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb. 

Xəsarət alanlar bir ailənin üzvü olduqları bildirilir. Həlak olan fermer əri və qızı ilə təsərrüfatçıların nümayişinə qoşulmuş qadın olub.  

Yerli mediada yayılan məlumatlara görə, avtomobildə üç nəfər erməni (evli cütlük və onların dostu) olub. Yolun bağlı olmasına baxmayaraq, onlar avtomobillə bu yoldan keçmək üçün blokadanı yarmaq məqsədilə üzərinə sürüblər.
Ermənistan vətəndaşı olan bu gənclər 2022-ci ilin martından Fransada sığınacaq almaq üçün qərar gözləyirmişlər. Cinayətkarlar Fransada yaşadıqları müddətdə ictimai asayişi pozmadıqlarına görə mühakimə olunmayıblar. Fransa hökuməti onları ölkədən qovub və Ermənistana qayıtmalarını tələb edib. 
 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin