"Türkiyənin dəstəyi Ukrayna üçün vacibdir" - Zelenski

Hazırda oxunan: "Türkiyənin dəstəyi Ukrayna üçün vacibdir" - Zelenski

17476

“Bu gün əldə etdiyimiz bütün razılaşmaların uğurlu olacağına inanıram. Eyni zamanda, Türkiyənin suverenliyimiz və ərazi bütövlüyümüzün bərpasına dair dəstəyi Ukrayna üçün son dərəcə vacibdir”

Bizim.Media xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə dövlət başçısı Rəcəb tayyib Ərdoğanla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. 

Ukrayna prezidenti Türkiyənin bu dəstəyinin davam etdiyini və gələcəkdə də  mövqeyinin deyişməyəcəyini eşitdiyinə sevindiyini bildirib:

“Bu gün Türkiyə tərəfinə Ukraynanın müvəqqəti işğal olunmuş Donbass və Krım əraziləri barədə məlumat verdim.  Prezident Ərdoğana Krım Platforması formatına və 23 avqustda keçiriləcək mərasimdə iştirak edəcəyinə görə təşəkkür edirəm”.

Zelenski Türkiyə ilə ənənəvi olaraq ticari və iqtisadi münasibətləri və enerji sahəsindəki əməkdaşlığın müzakirə edildiyini qeyd edib. 

“Müdafiə sənayesi strateji tərəfdaşlığımızın hərəkətverici qüvvəsidir. Təyyarə istehsalındakı əməkdaşlığımızı da müzakirə etdik, sözügedən sahə hər iki ölkə üçün vacibdir”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin