NATO-dan TƏHLÜKƏLİ HƏMLƏ – Qərb Rusiya ilə açıq müharibəyə HAZIRLAŞIR?

Hazırda oxunan: NATO-dan TƏHLÜKƏLİ HƏMLƏ – Qərb Rusiya ilə açıq müharibəyə HAZIRLAŞIR?

174745

NATO Hərbi Dəniz Qüvvələrinin daimi hazırlıq qrupunun dörd gəmisi Litvanın Klaypeda dövlət dəniz limanına daxil olub.

Bu barədə Litvanın ordu komandanlığı məlumat yayıb.

“Şimali Atlantika Alyansının mühüm döyüş bölməsinin tərkib hissəsi olan üzv ölkələrin gəmilərinin səfəri Litvanın NATO ilə əlaqələrinin gücünü və alyansdakı mühüm yerimizin olduğunu vurğulayır”, - məlumatda deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Metyu Brayza: “Bəzi NATO üzvləri Ukraynaya öz hərbi qüvvələrini göndərə bilər”


Bildirilir ki, hərbi dəniz qrupuna İspaniya, İtaliya və Almaniya gəmiləri daxildir. Daimi hazırlıq donanması qrupu müntəzəm komanda tapşırıqlarını yerinə yetirir və böhran vəziyyətlərində əraziyə cəlb oluna bilər.

Xatırladaq ki, bir müddət əvvəl Almaniyanın “Bild” nəşri NATO-nun Rusiya ilə münaqişəyə hazırlaşması ilə bağlı məlumat dərc etmişdi.

Bu xəbərlər fonunda Baltik dənizinə göndərilən NATO gəmilərinin Rusiyaya qarşı yönəlməsi ehtimalı da artır. Belə olan halda atılan addımın Qərblə Rusiya arasında gərgin olan vəziyyətin daha da kəskinləşməsinə səbəb olacağı gözlənilir. 

Belə vəziyyətdə Rusiya-NATO savaşı ssenarisi reallaşa bilərmi? 

Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirir ki, NATO ilə Rusiya arasında birbaşa, açıq döyüş olmayacaq. Ancaq Qərbin dəstəyini alan Ukrayna ilə Rusiya arasında müharibə hələ davam edəcək:

“Mövcud geosiyasi və hərbi reallıqlar çərçivəsində Rusiya ilə Qərbin bir-birilə savaşdığının şahidiyik. Ukrayna müharibəsi Qərbin Rusiyaya qarşı dirənişi deməkdir. Qərb Ukrayna müharibəsinin başlanmasında maraqlı idi və bu məqsədinə də nail oldu. Hazırda əslində Ukrayna Rusiya savaşı deyil, Qərblə Rusiya arasında savaş gedir. 

Bu müstəvidə də Qərbə gedən ruslara qarşı çox sərt təpkiləri müşahidə edirik. NATO özünün 4 hərbi gəmisini Baltik dənizinə göndərib. Əslində döyüşlər Ukrayna ilə Rusiya arasında getsə də, NATO da Rusiya ilə savaşır və bu savaş  çoxdan başlayıb.  

Qərb Ukraynanın əli ilə zərbəni Rusiyaya endirir. 

Qərbin milyardlarla vəsaiti Ukraynaya göndərməsi, bu ölkəni ən müasir silahlarla təchiz etməsi əslində elə NATO-nun Rusiyaya qarşı döyüşməsi deməkdir. Bu yaxınlarda Ukrayna uçan pilotsuz aparatlar vasitəsilə Rusiyanın bir sıra strateji obyektlərini müəyyən müddətə sıradan çıxardı. Qərb məhz bu yolla da Rusiyaya qarşı döyüşüb, onun enerji resurslarını sıradan çıxarmaq istəyir. 

Bu hal hələlik sadəcə olaraq, rəsmi şəkildə təsdiqini tapmayıb. Fikrimcə, açıq şəkildə NATO Rusiyaya qarşı döyüşməyəcək. Savaş indi getdiyi şəkildə də davam edəcək. Amerikanın Rusiyaya ballistik raket atması, ikincinin də ona cavab verməsi halları isə olmayacaq. Nə ABŞ, nə İngiltərə, nə Almaniya, nə də Polşa birbaşa olaraq Rusiya ilə müharibəyə girməyəcək”. 

Həmsöhbətimizin fikrincə, Qərb Ukrayna və Ermənistan kimi digər MDB dövlətlərinin əlilə Rusiyanı hələ uzun müddət gərginlikdə saxlamağa çalışacaq:

“Öz növbəsində Moskva da əhatə dairəsinin daralması ilə razılaşmayacaq. Qərbin Ermənistanda oturması İrəvana baha başa gələcək”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin