Çin, Qırğızıstan və Qazaxıstanda Rixter cədvəli üzrə 7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar o qədər güclü olub ki, Astana, Almatı, Bişkek və digər şəhərlərdə onlarla hündürmərtəbəli binanı silkələyib.
Bizim.Media xəbər verir ki, insanlar dağıntıdan qorxaraq küçələrə axışıblar.
Hazırda yüzlərlə insan qucağında uşaqları ilə yaşayış komplekslərinin yanında dayanıb.
Rəsmi məlumatlara görə, Qazaxıstanda zəlzələnin həssaslığı dörd bala bərabər olub. Ölkələrin Fövqəladə Hallar Nazirliyi tələfat barədə məlumat verməyib.
Bizim.Media