Ukraynada 2023-cü ildə dövlət büdcəsindən hərbi xərclərə 1,844 trilyon qrivna (təxminən 49,14 milyard dollar) vəsait ayırılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Ukrayna Maliyyə Nazirliyi hesabat yayıb.
Bildirilib ki, 2023-cü ildə 1,844 trilyon qrivna və ya fond xərclərinin 60,8 faizi bu sahələrə ayrılıb. Nazirliyin məlumatına görə, həmin vəsait hərbi texnika, silahlar, döyüş sursatları, fərdi mühafizə vasitələri, yanacaq və ərzaq alınmasına, həmçinin hərbi qulluqçuların maliyyə təminatına və tibbi sığortaya yönəldilib.
Bundan əlavə, 2023-cü ildə Ukraynanın büdcə kəsiri 54,75 milyard dollar təşkil edib və onun böyük hissəsi Qərbin yardımı hesabına ödənilib.
Kiyev bu il də, hərbi ehtiyaclara təxminən 46,9 milyard dollar xərclənməsini planlaşdırır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:38 / 22.01.2024
Kiyev bu il hərbi ehtiyaclara təxminən 46,9 milyard dollar XƏRCLƏYƏCƏK
Hazırda oxunan: Kiyev bu il hərbi ehtiyaclara təxminən 46,9 milyard dollar XƏRCLƏYƏCƏK
Hazırda oxunan: Kiyev bu il hərbi ehtiyaclara təxminən 46,9 milyard dollar XƏRCLƏYƏCƏK
174615
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.