Şolz hökuməti Ukrayna ordusuna etdiyi yardımı şişirdir - "Deutsche Welle"nin ARAŞDIRMASI

Hazırda oxunan: Şolz hökuməti Ukrayna ordusuna etdiyi yardımı şişirdir - "Deutsche Welle"nin ARAŞDIRMASI

174591

Kansler Olaf Şolz hökuməti Almaniyanın müdafiə xərclərini və Ukrayna ordusuna etdiyi yardımı şişirdir. 

Bizim.Media xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri araşdırma aparıb.

Araşdırmada deyilir ki, müdafiə naziri Boris Pistorius Almaniya silahlı qüvvələrinin modernləşdirilməsi ilə bağlı tapşırıq verib, ancaq bu islahat son dövrdə dayandırılıb. 

Hökumət NATO-nun 2024-cü il üçün federal büdcədə planlaşdırdığı xərcləri də çətinliklə yerinə yetirəcək.

Şolz isə Avropa və ABŞ-dakı tərəfdaşlarına Almaniyanın gələcəkdə bu məqsədinə çatacağına söz verib. Bu, rus qoşunlarının Ukrayna ərazisinə daxil olmasından sonra baş verib. NATO ölkələri hər il büdcələrinin 2%-ni xərcləməyi öhdələrinə götürüblər.

Modernləşdirmə üçün Bundesverə əlavə 100 milyard avro (108 milyard dollar) vəd edilib. Bu, Bundestaq tərəfindən təsdiqlənən xüsusi büdcə fondudur.

Bu, ilk növbədə müasir hərbi texnikanın alınmasına yönələcək. Lakin sonradan məlum olub ki, Ukraynaya yardım indi bu büdcədən verilir. Bu il Almaniya Ukrayna üçün silaha 8 milyard avro xərcləməyi planlaşdırır.

Bundan əlavə, Almaniya Ukraynaya 17 milyard avrodan çox yardım göndərdiyini iddia edir. XDİ üzvü, xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ekspert Roderix Kizevetterin dediyi kimi, bu rəqəmə qaçqınlara dəstək də daxildir. Onun sözlərinə görə, faktiki rəqəmlər əvvəllər qeyd olunanlarla uyğun gəlmir.

"Rəqəmlər şişirdilib... Biz faktiki olaraq nə çatdırıldığına diqqətlə baxdıq və son iki ildə bunun 4-5 milyard avro arasında olduğunu gördük", - Kizevetter izah edib.
Qeyd edək ki, yanvarın 17-də ABŞ prezidenti Co Baydenlə telefon danışığından sonra Almaniya kansleri Olaf Şolz Ukraynaya 7 milyard avrodan çox hərbi yardım ayırdığını açıqlayıb. 

Kansler vurğulayıb ki, rus ordusuna qarşı mübarizədə ukraynalıları davamlı olaraq dəstəkləyən yalnız o və Amerika lideridir.

Dekabrın sonunda Almaniya Ukraynaya təxminən 90 milyon avro dəyərində enerji yardımı paketi göndərib. Bura dağıdılmış elektrik stansiyalarını və yarımstansiyaları təmir etmək üçün avadanlıqlar daxildir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin