Dünyanın ən çox əhalisi olan dördüncü ölkəsi İndoneziya planlaşdırılmamış urbanizasiya, nəqliyyat problemləri və təbii fəlakətlər səbəbindən paytaxtını köçürür.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 10 milyondan çox insanın yaşadığı paytaxt Cakarta Borneo adasındakı Nusantara şəhərinə köçürüləcək.
Köçürülmə işləri yekunlaşmaq üzrədir.
Məlumata görə, Nusantara yalnız elektrikli avtomobillər üçün “ekoloji cəhətdən təmiz şəhər” kimi nəzərdə tutulub.
Əgər şəhər planlaşdırıldığı kimi qurularsa, Cənub-Şərqi Asiyanın ilk “yaşıl paytaxt”ı kimi tarixə düşəcək.
Paytaxtın köçürülməsi layihəsi təxminən 32 milyard dollara başa gələcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:41 / 21.01.2024
İndoneziya 32 milyard dollara yeni paytaxt inşa edir - FOTO
Hazırda oxunan: İndoneziya 32 milyard dollara yeni paytaxt inşa edir - FOTO
Hazırda oxunan: İndoneziya 32 milyard dollara yeni paytaxt inşa edir - FOTO
174447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.