Rusiyanın Leninqrad vilayətində qaz terminalı yanıb. Yanğından əvvəl şahidlər iki partlayış səsi eşidiblər.
Bizim.Media xəbər verir ki, bu barədə Mash Telegram kanalının və Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun mesajında deyilir.
Leninqrad vilayətinin Ust-Luqa qəsəbəsində Dəniz Ticarət Limanının neft terminalı yaxınlığında partlayış baş verib. Mənbənin sözlərinə görə, müəssisədən 150-yə yaxın insan təxliyə edilib.
Liman yaxınlığındakı yaxınlıqdakı şəhərlərin sakinləri uçan dronların səsləri barədə xəbər veriblər.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, nəticədə itki yoxdur.
“Novotek şirkətinin Ust-Luqa limanında yerləşən terminalında baş vermiş yanğın nəticəsində ölən olmayıb. Şəxsi heyət təxliyə edilib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin və “Lenoblpojspas”ın qüvvə və vasitələri cəlb olunub”, - qubernator bildirib.
Eyni zamanda Rusiyanın “Fontanka” nəşri iki pilotsuz təyyarənin uçduğunu yazıb.
“Ust-Luqada yanğından az əvvəl hava hücumundan müdafiə qüvvələri Sankt-Peterburqa doğru uçan iki PUA-nı aşkar ediblər. Şəhərə yaxınlaşanda onlar kursunu dəyişərək Leninqrad vilayətinin Kinqisepp rayonuna tərəf gediblər. Təxminən saat 3.20 radələrində “Novatek” qaz anbarına hücum edilib”, - məlumatda deyilir.
- A-
- A
- A+
Dünya
10:04 / 21.01.2024
Ukrayna Leninqrad vilayətində qaz terminalına zərbə endirdi - VİDEO
Hazırda oxunan: Ukrayna Leninqrad vilayətində qaz terminalına zərbə endirdi - VİDEO
Hazırda oxunan: Ukrayna Leninqrad vilayətində qaz terminalına zərbə endirdi - VİDEO
174407
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.