ŞOK: 55 nəfər koronavirus peyvəndindən sonra öldü

Hazırda oxunan: ŞOK: 55 nəfər koronavirus peyvəndindən sonra öldü

17424

İsveçrədə 55 nəfər koronavirusa qarşı peyvənd olunduqdan sonra ölüb. Onlarda əlavə xəstəliklər olub, ölümləri peyvəndlə əlaqəli hesab edilməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi İsveçrə dərman bazarının nəzarətçisi “Swissmedic”ə istinadən məlumat yayıb.

Qyrumun 6 apreldə verdiyi məlumata görə, ölkədə peyvənd istifadəsindən sonra 1174 yan təsir hadisəsi aşkar edilib.

Bildirilən bütün yan təsirlərin 577-si “Pfizer / BioNTech”in Comirnaty peyvəndi, 580-i Moderna peyvəndi ilə əlaqəlidir. 17 halda hansı peyvəndin istifadə edildiyi bildirilmir.

Bütün yan təsirlərdən 396-sı (% 33,7) ciddi qəbul edilib.

"55 halda insanlar peyvənddən sonra müxtəlif aralıqlarla ölüblər. Orta yaşları 84 olub. Baş verənlər çox diqqətlə təhlil edilib. Məlum olub ki,  aşılamadan asılı olmayaraq ölüm infeksiyalar, ürək-damar xəstəlikləri, ağciyər və tənəffüs yolları xəstəlikləri ucbatından qeydə alınıb.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı (ÜST) 11 mart 2020-ci ildə yeni koronavirus COVID-19 epidemiyasını pandemiya elan edib.

Təşkilat dövlətləri infeksiyaya qarşı aktiv mübarizəyə qoşulmağa çağırıb. ABŞ və bir sıra Qərb ölkələri Çini virusu qəsdən yaymaqda günahlandırıblar. Onların fikrincə, rəsmi Pekin məlumatları gizlədib. 

Çindən ölkələrin iqtisadiyyatına vurulan ziyana görə təzminat da tələb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin