Pakistan hakimiyyəti İranla gərginliyi dayandırmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Pakistan Xarici İşlər Nazirliyi iki ölkənin XİN rəhbərləri arasında danışıqlardan sonra gərginliyin sona çatdığını açıqlayıb.
Qeyd edilib ki, yaxın günlərdə hər iki ölkənin geri çağırılan diplomatları vəzifələrinin icrasına yenidən başlayacaqlar: “İran və Pakistan arasında diplomatik əlaqələr əvvəlki səviyyəyə qayıdacaq”.
Xatırladaq ki, yanvarın 16-da İran Pakistan ərazisinə hava zərbələri endirib, nəticədə "Ceyş əl-Ədl' terror qruplaşmasının iki mühüm qərargahı məhv edilib. Bununla da iki ölkə arasında gərginlik yaranıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:00 / 19.01.2024
Pakistan İranla gərginliyi bitirdi
Hazırda oxunan: Pakistan İranla gərginliyi bitirdi
Hazırda oxunan: Pakistan İranla gərginliyi bitirdi
174217
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.