Türkiyənin İstanbul şəhərində bina çöküb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, hadisə Ümraniye rayonunda baş verib.
Belə ki, metro inşaatı zamanı baş verən çökmə nəticəsində boşaldılan bitişik iki bina uçub.
Çökmə baş verən küçədə daha 5 bina təhlükəsizlik məqsədilə boşaldılıb. Məlumata görə, ölən və ya xəsarət alan yoxdur.
Bizim.Media