Aydın-İzmir magistral yolunda Selatin tunelində yük maşını minik avtomobilinə çırpılıb. Qəza səbəbindən bağlı olan tuneldə arxadan gələn avtomobillər bir-birinə çırpılıb. Həmin anlar tunelin təhlükəsizlik kamerasına əks olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya "TRT Haber" telekanalında yer alıb.
Mənbə yazır ki, qəza Aydın-İzmir magistralının Germencik səmtində yerləşən Selatin tunelində baş verib.
Aydın vilayətində başsağlığı ziyarətindən sonra İnegölə qayıtmaq üçün yola çıxan sürücü Vasif S.-nin idarə etdiyi avtomobil sürücünün idarə etməsindən çıxaraq yük maşınına çırpılıb və avtomobil sürüşüb. Qəza zamanı avtomobilin sürücüsü və onunla birlikdə olan dayısı Bayram S. yaralanıb.
Qəzadan dərhal sonra bağlanan yolda qəfil əyləci basan avtomobillər bir-birinə çırpılıb.
Qəza yerinə sövq edilən təcili tibbi yardım maşını ilə yaralılar Aydın Atatürk Dövlət Xəstəxanasına aparılıb və onlara tibbi yardım göstərilib.
Qəza anı tunelin təhlükəsizlik kamerasına saniyə saniyə əks olunub. Qəza ilə bağlı araşdırmalar davam edir.
Bizim.Media