Aİ-dən Ukraynaya 50 milyard avronun ayrılması yüz minlərlə insanın ölümünə səbəb olacaq.
Bizim.Media xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko Budapeşt şəhərində Macarıstanın baş naziri Viktor Orbanla keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, nəticədə Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətində, o cümlədən Krımda irəliləyiş əldə etməyəcək, Rusiyanın danışıqlarda mövqeyi isə yaxşılaşacaq.
Slovakiyanın baş naziri həmçinin qeyd edib ki, Aİ-nin Ukrayna üzrə hazırkı strategiyası işləmir, münaqişənin hərbi yolla həlli yoxdur və Kiyev Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlarda uğur qazana bilməz.
Bizim.Media