Böyük Britaniya hökuməti sənədləri oxumaq və təhlil etmək üçün “AI Red Box” süni intelektindən istifadə edir.
Bizim.Media xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Nəşr yazıb ki, nazirlər özlərinin etməli olduğu işləri süni intellekt vasitəsi ilə həyata keçirirlər.
Bu yolla süni intellekt məmurlara çox sayda sənəd arasından ən lazımlı olanları seçməyə kömək edir.
Məlumata görə, konservator nazir Aleks Burqart etiraf edib ki, o, hər gün oxumaq üçün verilən kağızların “öhdəsindən gəlmək” üçün “AI Red Box”dan istifadə edir. Bu üsuldan digər bir nazir və yüksək vəzifəli dövlət məmuru olan Aleks Çisolm da istifadə edir.
Eyni zamanda parlamentari Sara Olney hökumətdə süni intellektdən istifadəni tənqid edib. O deyib ki, bu yolla nazirlər robotların Britaniyanı idarə etməsinə gətirib çıxara bilərlər.
Qeyd olunub ki, rəsmilər ictimai sorğularla məşğul olmaq üçün Britaniya hökumətinin saytında “chatbot” quraşdırmağa çalışırıblar. Ancaq bu təcrübə sonda ləğv edilib, çünki bununla bağlı bəzi hallarda səhvlər aşkarlanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:37 / 16.01.2024
Britaniyalı məmurlar işlərini asanlaşdırmaq üçün süni intellektdən istifadə edirlər - KİV
Hazırda oxunan: Britaniyalı məmurlar işlərini asanlaşdırmaq üçün süni intellektdən istifadə edirlər - KİV
Hazırda oxunan: Britaniyalı məmurlar işlərini asanlaşdırmaq üçün süni intellektdən istifadə edirlər - KİV
173684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.