Uzaq Şərqdə də GƏRGİNLİK ARTIR – “Çin Tayvanı zəbt etməyə məcburdur”

Hazırda oxunan: Uzaq Şərqdə də GƏRGİNLİK ARTIR – “Çin Tayvanı zəbt etməyə məcburdur”

173521

“Tayvan heç vaxt müstəqil ölkə olmadı. Keçmişdə də deyildi və gələcəkdə də olmayacaq. Tayvan Çinin bölünməz bir hissəsidir”.

Bu sözləri Çinin xarici işlər naziri Vanq Yi Tayvanda baş tutan seçkiləri şərh edərkən səsləndirib. 

Maraqlıdır, Çinin xarici işlər nazirinin bu açıqlamasından sonra bölgədə hadisələr yenidən alovlana bilərmi?

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, Tayvan məsələsi seperatizmin dəstəklənməsi kimi meydana çıxıb: 

“Nə qədər güclü dövlət varsa, həmin ölkələrin siyasi coğrafi xəritəsinin həndəvərində mütləq şəkildə belə problem zonası yaradılır. Çin üçün də Tayvan ssenarisi var. Çin Tayvana özünün suveren ərazisi kimi baxır. Tayvanın müstəqil olması Çin üçün seperatizm aktıdır. Tayvanın müstəqillik məsələsi Çin dənizindəki və Sakit Okeandakı təhlükəsizlik doktrinasına ziddir. Onun dəniz sərhədlərinin içərisində Qərb İttifaqının – Yeni Zellandiya, Avstraliya, ABŞ, AUKUS (hərbi ittifaq, Böyük Britaniya da daxildir) Çinə qarşı böyük bir təhlükə törədirlər. 

Təbii ki, biz Cənubi Koreya və Yaponiyanı unuda bilmərik. 

Bu baxımdan bölgədə regional və qlobal təsiri, təzyiqi neytrallaşdırmaq üçün Çin məcburdur ki, Tayvanı zəbt etsin. İkincisi, Tayvan dünyada yarımkeçiricilərin istehsal edildiyi ölkədir. Elektron məhsullar, “ağıllı cihaz”lar yarımkeçiricilər vasitəsilə çalışır. Strteji məhsul istehsalçısı olan ölkədə beynəlxalq gözlər çoxdur. Çinin də buna ehtiyacı var. Bu baxımdan Tayvanın müstəqilliyi zərbə altındadır”.

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin