Rusiyalı hərbçi Ukraynada döyüşdən imtina etdi və...

Hazırda oxunan: Rusiyalı hərbçi Ukraynada döyüşdən imtina etdi və...

173450

Saxalində xidmət edən hərbçisi Şimal Hərbi Dairəsinə getməkdən imtina etdiyi üçün koloniyaya göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı kommersant.ru saytı yayıb.

Mənbə yazır ki, Yujno-Saxalinsk qarnizonunun hərbi məhkəməsi Ukraynada hərbi əməliyyat zonasına getməkdən imtina etdiyinə görə hərbçini 2 il 9 ay müddətinə azadlıqdan məhrum edib. 

O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.

Həbs edilən hərbçinin adı və soyadı göstərilmir. İstintaqın məlumatına görə, hərbçi 2023-cü il avqustun 22-də komandirin döyüş tapşırıqlarını yerinə yetirmək və döyüş əməliyyatlarında iştirak etmək üçün Şimal Hərbi Dairəsinə getməyib. 
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxs hərbi kollektivdə intizamı şübhə altına alıb. Rusiya məhkəmələri artıq Ukraynada hərbi əməliyyatlarda iştirakdan imtina etdiklərinə görə bir neçə belə hökm çıxarıb. Xüsusilə, 2023-cü ilin aprelində Petropavlovsk-Kamçatsk hərbi məhkəməsi dörd hərbçini oxşar maddə ilə məhkum edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin