Xəbər verdiyimiz kimi, İranın Hərbi Dəniz Qüvvələri Oman körfəzində ABŞ-a məxsus neft tankerini ələ keçirib.
Bizim.Media xəbər verir ki, sözügedən əməliyyatın görüntüləri teleqram kanallarında yayılıb.
Xatırladaq ki, İran gəminin 2023-cü ilin aprel ayında İran neftini daşıyan və ABŞ tərəfindən saxlanılan “Suez Rajan” tankeri olduğunu bildirib. Rəsmi Tehranın bəyanatında tankerin “İran neftinin ABŞ tərəfindən oğurlanmasına cavab olaraq məhkəmənin qərarı ilə saxlandığı” iddia olunub.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media