Amazon meşələrində 2,5 min il yaşı olan yaşayış məskənləri AŞKAR EDİLDİ – FOTO  

Hazırda oxunan: Amazon meşələrində 2,5 min il yaşı olan yaşayış məskənləri AŞKAR EDİLDİ – FOTO  

173190

Arxeoloqlar Cənubi Amerikanın Upano vadisində 300 kv.kilometr ərazidə beş böyük və 10 kiçik yaşayış məntəqəsi aşkar ediblər. Alimlər Ekvadordakı yaşayış məntəqələrinin ən azı 2,5 min il əvvəl salındığını deyirlər.

Bizim.Media xəbər verir ki, bu barədə “Science” elmi jurnalı yazıb.

Məqalədə qeyd edilir ki, ərazidə qazıntı işləri Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) əməkdaşı Stefan Rostainqin rəhbərlik etdiyi arxeoloqlar qrupu tərəfindən aparılıb. Rostenin komandası Amazon meşələrində alimlərin əvvəlki kəşflərindən min il daha qədim yaşayış məskənləri aşkar edib. 

Jurnal daha sonra yazır ki, radiokarbon testinin nəticələrinə görə, insanlar təxminən eramızdan əvvəl 5-ci əsrdən eramızın 3-6-cı əsrlərinə qədər Upano vadisindəki yaşayış məntəqələrində yaşayıblar.
Hər bir qəsəbədə bir çox yaşayış və mərasim binalarının izləri var. Yaşayış məntəqələrini birləşdirən yollar şəbəkəsi onların eyni vaxtda mövcud olmasını göstərir. Arxeoloqlardan ibarət qrup Upano vadisində 300 kvadrat kilometr ərazidə beş böyük və 10 kiçik yaşayış məntəqəsi aşkar edib.

Hər bir qəsəbədə bir çox yaşayış və mərasim binalarının izləri var. Yaşayış məntəqələrini birləşdirən yollar şəbəkəsi onların eyni vaxtda mövcud olduqlarını göstərir.


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin