“ABŞ və Böyük Britaniyanın Yəməndəki husi üsyançılarına hücumu ABŞ və İran arasında müharibənin başladığını göstərmir”.
Bizim.Media “Sky news”a istinadən xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlamasında bildirib.
ABŞ-ın əslində İranla proksi-müharibə vəziyyətində olub-olmaması ilə bağlı suala Bayden mənfi cavab verib:
“Xeyr, İran bizimlə döyüşmək istəməyəcək”.
Eyni zamanda o, ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbənin uğurlu alındığı barədə fikirlərini bildirib:
“Mülki əhali arasında itkilərin olduğunu düşünmürəm. Bu, əməliyyatı uğurlu hesab etmək üçün səbəblərdən biridir”.
Bizim.Media