Rusiya vətəndaşlarını Yəmənə səfərdən çəkinməyə ÇAĞIRDI

Hazırda oxunan: Rusiya vətəndaşlarını Yəmənə səfərdən çəkinməyə ÇAĞIRDI

173170

Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Yəmənə səfərdən çəkinməyi tövsiyə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Yəməndəki səfirliyi məlumat yayıb.

“Yəməndə hərbi-siyasi böhran başlayandan bəri Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına bu ölkəyə səfərlərdən çəkinməyi tövsiyə edib” - deyə səfirliyin məlumatında bildirib.
Səfirlik həmçinin qeyd edib ki, yanvarın 12-si səhər saatlarına ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi gecə zərbələri nəticəsində Rusiya vətəndaşlarından xəsarət alan olmayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin