Kinolarda gördüyümüz acı mənzərələr bəzən real həyatda da öz əksini tapır.xa0
Moderator.az xəbər verir ki, Veysi Xurma adlı Türkiyə vətəndaşı evsiz qaldığı üçün fotolardan da gördüyünüz bu balaca qarderobda səyyar şəkildə yaşamağa məcbur olub. Şanlıurfada, 3 ay ərzində 500 manat kirayə ilə elektrik və su pulunu ödəyə bilməyən 48 yaşlı Veysi Xurma, ev sahibi tərəfindən evdən çıxarılanda, istifadə etdiyi qarderobu, "Gülən adam" filmindən ilhamlanaraq 2 kvadrat metrlik tək otaqlı evə çevirib. Qarderoba 4 təkər əlavə edən Veysi Xurma, həyat yoldaşı və 5-12 yaşlarında olan 3 uşağı ilə Türk bayrağı asdığı evdə yaşamağa başlayıb.
"Xəlilim" məhəlləsində dolanışığını tullantı materialları toplayaraq təmin edən, ancaq son dövrdə bu işi görməyən Veysi Xurma, yığılmış 1500 lirəlik kirayə və su ilə elektrik borcunu ödəyə bilmədiyi üçün, ev sahibi tərəfindən 3 ildir yaşadığı evdən çıxarılıb. Başını soxacaq bir ev tapa bilməyən Veysi Xurma, Kartal Tibetin rejisssorluğu ilə çəkilən Kamal Sunalın oynadığı "Gülən Adam" xa0filmindən ilhamlanaraq, evindəki qarderobu, 2 kvadrat metrlik tək otaqlı evə çevirib. Ehtiyac duyduğu əşyaları götürüb qalanının küçəyə atan Veysi Xurma, həyat yoldaşı Dilək, uşaqları 5 yaşlı Türkan, 7 yaşlı Mustafa və 12 yaşlı Mehmet Xurma ilə birlikdə Türk bayrağı asdığı, 4 təkərli 2 metr ölçüyə malik evdə yaşamağa başlayıb.
' Kirayəni ödəyə bilmədiyimiz üçün küçədə qaldıq '
Görənlərin təəccübünə səbəb olan Veysi Xurma,””"kirayə ödəyə bilmədiyimiz üçün küçədə qaldıq. Başımızı soxacaq bir yer tapa bilmədik və çarəni bu şəkildə səyyar ev hazırlamaqda tapdım. Kimsə bizə kömək edib, ev tapana qədər bu şəkildə yaşamağa davam edəcəyik"””deyib.
'Təbii ehtiyaclarını məsciddə ödəyirlər '
Təbii ehtiyaclarını məsciddə ödədiklərini söyləyən Dilək Xurma isə, məhəllə sakinlərinin verdiyi yeməklərlə qarınlarını doyurduqlarını deyərək, tək istəyinin 3 uşağı ilə başlarını soxacağı bir ev olduğunu dilə gətirib.
'Bu növ görüntüləri Kamal Sunal filmlərində izləyirdik'
Xurma ailəsinin qarderob içərisində yaşadığını görən məhəllə sakinlərindən Arif Doğan da, gördüyü mənzərə qarşısında utandığını ifadə edərək, bunları söyləyib:””"Bu cür görüntüləri Kamal Sunal filmlərindən izləyirdik. Ancaq bu film Şanlıurfada gerçək oldu. Şanlıurfada milyardlıq evlərin yanında belə arabada yaşayan ailələrin də var olduğuna bu yaşımda şahid oldum. Buranın nə tualeti, nə də istilik sistemi var. Uşaqlar gecələr xəstələnir.
Suriyalılara necə kömək edilirdisə, bu ailəyə də kömək edilməsini istəyirik. Bura məhəlləmiz üçün utanclıqdır. Xəlilim məhəlləsi Şanlıurfanın ən saylı və zəngin məhəllələrindən biridir. Amma indiki vaxtda insanlar şkafda yaşayır. Bunu görüncə insanlığımızdan utanıram".




Mehman Nəbiyev

































































































