“Rusiyanın hər tərəfdən “boğulmasına və əzilməsinə” baxmayaraq, iqtisadi sahədə Almaniyanı qabaqlayaraq Avropada birinci, dünyada isə beşinci oldu”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin sahibkarlarla görüşündə bildirib.
“Bizi hər tərəfdən boğur, əzirlər, amma bütövlükdə iqtisadiyyatın həcminə görə Avropada birinciyik. Bu, maraqlı nəticədir. Biz ADR-i ötdük və dünyada 5-ci yeri tutduq - Çin, ABŞ, Hindistan, Yaponiya, Rusiya. Rusiya Avropada 1 nömrədir” - deyə Putin qeyd edib.
Bizim.Media