Ekvadorda canlı yayıma silahlı BASQIN: Jurnalistlər girov götürüldü – VİDEO 

Hazırda oxunan: Ekvadorda canlı yayıma silahlı BASQIN: Jurnalistlər girov götürüldü – VİDEO 

172733

Ekvadorda silahlı şəxslər “TC Televisión” telekanalının studiyasına basqın edərək efirdə olan aparıcıları girov götürüblər. 

Bizim.Media xəbər verir ki,  bu barədə “El Universo” qəzeti məlumat yayıb. 

Görüntülərdə silahlı şəxslərin televiziya kanalının əməkdaşlarını yıxaraq döydüyü görünür. Kadrlarda güllə və qışqırıq səsləri eşidilir. 

Bu hadisə ölkənin ən böyük narkotik şəbəkəsinin liderlərindən biri olan Adolfo Macias Villamarın Ekvadorda həbsxanadan qaçmasından sonra baş verib. 

Villamarın həbsxanadan yoxa çıxmasından sonra 60 günlük fövqəladə vəziyyət (OHAL) elan edilib, bütün ölkədə komendant saatı tətbiq olunub. Fövqəladə vəziyyət qərarından sonra cinayətkar təşkilatlar çoxlu polis əməkdaşını qaçıraraq onların maşınlarını yandırıblar. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin