Rusiyanın Novqorod vilayətində 30 avtomobil toqquşub, nəticədə 16 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, M-11 şosesində baş verən dəhşətli qəzada ümumilikdə 20 nəfər zərər görüb:
“Onlardan biri körpə olmaqla, dörd nəfər ölüb. Beşi uşaq olmaqla isə 16 nəfər xəsarət alıb”.
Rusiya İstintaq Komitəsi Novqorod vilayətində baş vermiş kütləvi qəza ilə bağlı cinayət işi açıb.
Bizim.Media