Yaponiyada yanvarın 1-də baş vermiş dağıdıcı zəlzələnin ölkə iqtisadiyyatına zərəri 816 milyard yapon yen (təxminən 5,5 milyard ABŞ dolları) təşkil edir.
Bizim.Media xəbər verir ki, Yaponiyanın ən iri tədqiqat təsisatı olan Nomura Araşdırmalar İnstitutunun mütəxəssisləri ziyanı hesablayarkən yaşayış binalarına, infrastruktura, sənaye müəssisələrinə və digər həyati əhəmiyyətli obyektlərə dəyən zərəri nəzərə alıblar.
İnstitutun baş iqtisadçısı Takahide Kiuçi bildirib ki, bu rəqəm hazırda əlçatan olan məlumatlar əsasında hazırlanıb.
Maddi ziyan ölkənin ümumi daxili məhsulunun 0,15 faizinə bərabərdir.
Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb.
Zəlzələ Noto yarımadasında ciddi dağıntıya səbəb olub, yaşayış binaları, fərdi evlərə, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə böyük ziyan vurub.
Bundan başqa, Toyama və Niiqata prefekturalarında da dağıntılar baş verib. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 126 nəfər ölüb, 560 sakin xəsarət alıb. İşikava prefekturasında 222 nəfər hələ də itkin hesab olunur ki, onların da dağıntı altında qalmaları ehtimalı olduqca böyükdür. Xilasetmə işləri davam edir, lakin dağılmış yollar və yağıntılı hava şəraiti onlara mane olur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:34 / 07.01.2024
Son zəlzələ Yaponiya iqtisadiyyatına 5,5 milyard dollar zərər vurub - FOTO
Hazırda oxunan: Son zəlzələ Yaponiya iqtisadiyyatına 5,5 milyard dollar zərər vurub - FOTO
Hazırda oxunan: Son zəlzələ Yaponiya iqtisadiyyatına 5,5 milyard dollar zərər vurub - FOTO
172362
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.