Türkiyədə yeni ordu yaradıldı - Hədəfdə İran...

Hazırda oxunan: Türkiyədə yeni ordu yaradıldı - Hədəfdə İran...

172288

Moderator.az xarici KİV-ə istinadən xəbər verri ki, Suriyadakı bəzi ərəb tayfalarının nümayəndələri Türkiyədə bir araya gələrək "Əsəd, PYD, İŞİD və Hizbullah terroruna qarşı" ordu yaratmaq qərarına gəlib.
xa0
Suriyanın Rakka, Haseke və Deyr əz-zor bölgələrində yaşayan 50 ərəb tayfasının lideri bu məqsədlə Urfa Harran Oteldə bir toplantı keçirib. "Əl-cəzirə və Fərat Bölgəsi Suriyalı Tayfaların və Qəbilələrin Ümumi Qurultayı" adı altında keçirilən toplantının mövzusu "Güclərimizi Əsəd-Rus-iran və Hizbullah ilə İŞİD və PYD işğalını bitirmək üçün birləşdirək" şəklində açıqlanıb.
xa0
Suriyalı Tayfalar və Qəbilələr Ali Məclisinin sözçüsü Mudar Hamad El-Esaadın imzasını daşıyan yazılı açıqlamada da iştirakçıların məqsədləri "Suriyadakı Əl-cəzirə və Fərat bölgələrini terror təşkilatlarından təmizləmək üçün Əl-cəzirə və Fərat tayfaları ordusu qurulmadıdır" şəklində çatdırılıb.
Açıqlamada, yeni hərbi quruluşun Əsəd rejimi ordusundan ayrılan zabitlər ilə Azad Suriya Ordusu xa0komandirləri tərəfindən idarə ediləcəyi bildirilib.
xa0
Konfransda beynəlxalq qüvvələrə xa0"Suriyanın Fərat və Əl-cəzirə bölgəsini İŞİD-in, PYD-nin və Əsədin terrorundan təmizləməkdə bizə dəstək olsunlar. Ümid edirik Ki, beynəlxalq cəmiyyət Suriya xalqına dəstək verəcək, soyqırımlar və deportasiyalar bir an əvvəl dayanacaq. Rus və İran işğalı, PYD, İŞİD və Hizbullah terroruna son qoyulacaq" deyə müraciət edilib".



Zəhra
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin