"Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı (PUA) qarşısında Almaniya hava hücumundan müdafiə sistemi acizdır".
Bizim.Media “Frankfurt Allgemeine Zeitung” qəzetinə istinadla xəbər verir ki, bunu Almaniyanın Müdafiə naziri Anneqret Kramp Karrenbauer deyib.
Nəşrin yazdığına görə, nazir bunu öz ölkəsinə təhdid kimi qiymətləndirib. Karrenbauer problemi aradan qaldırmaq üçün bəzi təkliflər irəli sürüb:
“Təcili olaraq hava hücumundan müdafiə sisteminin dəyişdirilməsinə ehtiyac var. Silahlı qüvvələr bu vəziyyətdə müqavimət göstərəcək vəziyyətdə deyil, - məqalədə vurğulanıb.
Yazıda bildirilib ki, İsrail və Türkiyə tərəfindən istehsal olunan PUA-lar Qarabağ və ətraf rayonlarda Ermənistan Silahlı Qüvvələrinə aid 190-dan artıq tankı və zirehli avtomobili məhv edib.
Bizim.Media