ABŞ-da "Alyaska Hava Yolları"na məxsus sərnişin təyyarəsi məcburi eniş edib.
Bizim.Media "Associated Press"ə istinadən xəbər verir ki, buna səbəb pəncərənin təyyarədən qopması və gövdənin bir parçasının yerindən çıxması olub.
Xəsarət alanlar barədə məlumat verilməyib. Təyyarə Portlenddən Ontarioya uçurmuş. Təyyarə nasazlıq səbəbindən geriyə qayıtmalı olub.
ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, "Boeing 737-9 MAX" təyyarəsi cəmi iki ay əvvəl konveyerdən çıxıb.
Bizim.Media