Ərdoğanla Zelenski arasında telefon danışığı - Nələr müzakirə edildi?

Hazırda oxunan: Ərdoğanla Zelenski arasında telefon danışığı - Nələr müzakirə edildi?

172167

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər başda Rusiya-Ukrayna müharibəsi olmaqla regional və qlobal məsələləri müzakirə ediblər.
Danışıq zamanı Türkiyənin dövlət başçısı bildirib ki, Türkiyə həm Ukraynada, həm də Fələstin torpaqlarında axan qanların dayandırılması və daimi sülhün təmin olunması üçün gərgin səylər göstərir. Türkiyə liderinin sözlərinə görə, Türkiyə Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu öz üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır.

Taxıl dəhlizinin yenidən qurulmasının və fəaliyyətə başlamasının vacib olduğunu və bu məqsədlə diplomatik təmasları davam etdirdiyini deyən Ərdoğan Ukraynada ən qısa zamanda atəşkəsin yaradılması və “sülh üçün qapı açılmasının” lazım olduğunu vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin