"Tesla" Çində 1,6 milyon elektromobili geri ÇAĞIRIR

Hazırda oxunan: "Tesla" Çində 1,6 milyon elektromobili geri ÇAĞIRIR

172162

ABŞ-ın elektromobil istehsalçısı "Tesla" avtomatik sükan funksiyasında yaranan problemə görə Çin bazarında 1,6 milyondan çox elektrik avtomobilini geri çağıracaq.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Çin Dövlət Bazar Tənzimləmə İdarəsi tərəfindən verilən açıqlamaya görə, avtomatik sükan funksiyası işə salındıqda sürücülərin onu əl ilə idarə etməklə birlikdə istifadə edərək sükan idarəetməsində xətalara səbəb olduğu bildirilib.

Şirkət qəzalara səbəb ola biləcək problemi aradan qaldırmaq üçün xaricdən gətirilən 1,6 milyon “Model X”, “Model S”, “Model 3” və “Model Y” elektrik avtomobillərini geri çağırıb. Bildirilib ki, düzəlişlər Teslanın Pekin və Şanxaydakı baş ofisində proqram yeniləmələri vasitəsilə uzaqdan həyata keçirilə bilər.

Sözügedən xəta uzaqdan proqram təminatı yeniləmələri ilə də düzəldiləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin