ABŞ Türkiyəyə F-16 döyüş təyyarələri SATACAQ?

Hazırda oxunan: ABŞ Türkiyəyə F-16 döyüş təyyarələri SATACAQ?

172011

ABŞ hökuməti Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasından və müvafiq qərarın verilməsindən məmnundur.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransındakı çıxışında bildirib.

İsveçin NATO üzvlüyünü və F-16 təyyarələrinin Türkiyəyə satış prosesini dəyərləndirən M.Miller, layihənin Baş Assambleyada qəbul edilərək imzalanmasını gözlədiklərini bildirib.

Onun sözlərinə görə, Ağ Ev Administrasiya F-16-ların satışını və İsveçin NATO-ya üzvlüyünü bir-biri ilə əlaqəli məsələlər kimi görmür:

“Amma bəzi Konqres üzvləri bu iki məsələni bir-biri ilə bağlamağa çalışırlar. Buna görə də Konqresdə bəzi problemlər yaranıb. F-16-lar da daxil olmaqla, iki ölkə ilə bağlı bütün mövzularda həssaslıqla çalışırıq.

F-16-ların satışı ilə bağlı Konqresə rəsmi bildirişin nə vaxt ediləcəyi ilə bağlı sualı cavablandıran Miller, şərh vermək istəmədiyini bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden və digər rəsmilər əvvəlki açıqlamalarında, Türkiyənin F-16 donanmasının modernləşdirilməsini dəstəklədiklərini və bunun NATO-nu daha da gücləndirəcəyini bildiriblər.

sveçin NATO-da iştirakına dair Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi 26 dekabr 2023-cü il tarixində Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiq edilib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin