Putindən FƏRMAN: Orduda xidmət edən bu şəxslərə vətəndaşlıq veriləcək

Hazırda oxunan: Putindən FƏRMAN: Orduda xidmət edən bu şəxslərə vətəndaşlıq veriləcək

172007

Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrdə xidmət etmək üçün müqavilə bağlayan əcnəbilərə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Həmçinin, xüsusi əməliyyat zamanı Silahlı Qüvvələrdə və ya hərbi birləşmələrdə hərbi xidmət keçən əcnəbilər, eyni zamanda ordudan təqaüdə çıxmış döyüşçülər də Rusiya pasportu ala biləcəklər.

Sənəddə xarici vətəndaşlığı olan hərbi qulluqçuların həyat yoldaşları və uşaqlarının da eyni hüquqa malik olduqları qeyd olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin