İran ABŞ və İsrailə SƏRT CAVAB hazırlayır

Hazırda oxunan: İran ABŞ və İsrailə SƏRT CAVAB hazırlayır

171991

İran İsrail və ABŞ-ni Süleymaninin abidəsini bombalamaqda ittiham edir və cavab hazırlayır.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, İranın ali dini lideri Əli Xamneyi Kirmandakı terror aktı fonunda komandirləri ABŞ ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyə çağırıb və cavab tədbirlərinin yalnız İsrailə qarşı əməliyyatlar və “vəkil qrupların” Amerika bazalarına hücumlarını məhdudlaşdırılmasını əmr edib. 

Heç bir qrup məsuliyyəti öz üzərinə götürməsə də, İrandakı hücum ittihamlara, çaşqınlıqlara və fərziyyələrə səbəb olub. 

Hökumət rəsmiləri iki ölkəni günahlandırıb:

İsrail və ABŞ. Mütəxəssislər və beynəlxalq kəşfiyyat analitikləri hücumda İsrailin deyil, terror qruplarının əlinin olduğunu bildiriblər. 

Lakin Kirman hücumundan sonra İnqilab Keşikçiləri ilə yaxın əlaqələri olan və İranda qərar qəbul edənlər arasında daxili müzakirələrə bələd olan iki şəxs deyir ki, ölkənin hərbi və siyasi liderləri tez bir zamanda bombardmanlara görə İsraili günahlandıracaq. Hücumlara görə məsuliyyəti terrorçu və ya müxalif qrup öz üzərinə götürsə belə, İran israr edəcək ki, bu məsələdə İsrailin əli var. 

İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi bəyanat yayaraq hücumda İranın “şər və cinayətkar düşmənlərini” günahlandırıb, lakin heç bir qrup və ya ölkənin adını çəkməyib. Xamneyi and içib ki, İranın düşmənləri bilməlidirlər ki, “bu faciəyə güclü cavab veriləcək”. 

Həm İran prezidenti, həm də parlament sədrinin müavini ittihamlarında daha sərt olublar. İbrahim Rəisi bildirib ki, ABŞ və İsrail “törədilən cinayətlərin əvəzini çox ağır ödəyəcək və peşman olacaq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin