Rusiya ilə Hindistan arasında qalmaqal böyüyür

Hazırda oxunan: Rusiya ilə Hindistan arasında qalmaqal böyüyür

171967

“Rusiya neftinin Hindistana tədarükü ödəniş problemlərinə görə deyil, cəlbedici olmayan qiymətlərə görə azalıb. Dekabrda ölkəyə idxal olunan neftin həcmi son 11 ayın ən aşağı səviyyəsinə düşüb”.

Bizim.Media “Kommersant.ru”-ya istinadən xəbər verir ki, bu barədə Hindistanın neft naziri Hardeep Singh Puri bildirib. 

Ödənişlərdə heç bir problemin olmadığını söyləyən nazir qeyd edib ki, bu, yalnız neft emalı zavodlarının hansı qiymətə satın alacağı ilə bağlı yaranan sualdır.

Onun sözlərinə görə, Hindistan hakimiyyətinin yalnız bir tələbi var:

“Bu da yanacağın ən yaxşı qiymətə fasiləsiz alınması ilə bağlıdır. Ölkəmiz Rusiyadan orta hesabla gündə 1,5 milyon barel neft alır. Rusiyalı təchizatçılar endirim təklif etməsələr, Hindistan yeni təchizatçılar tapacaq. Daha ucqar regionların bəzi istehsalçıları isə Rusiyadan daha böyük endirimlər təklif etməyə hazırdırlar”.

Xatırladaq ki, dekabrın 21-də Bloomberg agentliyi “Sokol” neftini daşıyan altı rus tankerinin Hindistana gedərkən dayandığını bildirib. Ondan bir gün əvvəl, yəni dekabrın 20-də “Transneft”in prezidenti Nikolay Tokarev bəyan etdi ki, 2023-cü ilin sonuna qədər Hindistana 70 milyon ton Rusiya nefti tədarük ediləcək.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin