Yunanıstanın Baş naziri hökumətdə dəyişiklik edib

Hazırda oxunan: Yunanıstanın Baş naziri hökumətdə dəyişiklik edib

171954

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis hökumətdə kiçik dəyişikliklər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Pavlos Marinakis bildirib.

Onun sözlərinə görə, xarici işlər, milli müdafiə, iqtisadiyyat və maliyyə nazirləri vəzifələrini qoruyub saxlayıblar.

Əsas dəyişiklik polis və kəşfiyyat orqanlarının tabe olduğu idarəyə - Vətəndaşların Müdafiəsi Nazirliyinə aiddir. Onun yeni rəhbəri karyerasında beşinci dəfə bu vəzifəyə təyin olunan Mixalis Xrizoxodisdir. Xrizoxoidis 1999-2003, 2009-2010, 2012 və 2019-2021-ci illərdə bu nazirliyə rəhbərlik edib. 2023-cü ilin iyun ayından Xrizoxoidis Mitsotakis hökumətində səhiyyə naziri vəzifəsində çalışır.

Hökumət sözçüsü postunu saxlayan Marinakisin sözlərinə görə, Andreas Nikolakopoulos vətəndaşların müdafiəsi nazirinin müavini olub. Səhiyyə Nazirliyinə əvvəllər əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Adonis Corciadis rəhbərlik edəcək.

Öz növbəsində əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsi Domna Mixailidə keçib. İoanna Litrivi təhsil, din və idman nazirinin müavini təyin edilib.

Yeni nazirlər yanvarın 4-də prezident sarayında dövlət başçısı Katerina Sakellaropulunun iştirakı ilə and içəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin