Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) və hökumətin kosmik tədqiqatlar departamenti yeni nəsil ağır rabitə peyki GSAT-20-nin buraxılması üçün Amerikanın SpaceX şirkətinin Falcon-9 daşıyıcısından istifadə etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, Hindistanın Yerin geostasionar orbitinə çəkisi 4 tondan çox olan peykləri çıxara bilən öz raketləri yoxdur. Hazırda belə bir daşıyıcı üzərində iş gedir.
New Space India Limited GSAT-20-nin orbitə çıxarılması üçün SpaceX ilə müqavilə imzalayıb, missiya bu ilin ikinci rübündə baş tuta bilər.
Hindistan ilk dəfədir ki, Amerika şirkəti ilə belə bir müqavilə bağlayır. İndiyədək ISRO lazım gəldikdə Fransanın rəhbərlik etdiyi Arianespace konsorsiumunun xidmətlərindən istifadə edirdi. Çəkisi 4,7 ton olan GSAT-20 peyki ucqar rayonların rabitə xidmətlərinə artan tələbatını ödəmək üçün xüsusi olaraq hazırlanıb və bütün respublikanı genişzolaqlı internetə çıxışı təmin edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:45 / 03.01.2024
Hindistan ilk dəfə kosmosa peyk göndərəcək
Hazırda oxunan: Hindistan ilk dəfə kosmosa peyk göndərəcək
Hazırda oxunan: Hindistan ilk dəfə kosmosa peyk göndərəcək
171941
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.