Putin İrandakı terror aktı ilə bağlı başsağlığı VERİB 

Hazırda oxunan: Putin İrandakı terror aktı ilə bağlı başsağlığı VERİB 

171920

Putin İranın Kerman əyalətində baş verən terror aktı ilə bağlı İran rəhbərliyinə başsağlığı verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətmutaı məlumat yayıb. 

Rusiya prezidenti Vladimir Putin iki partlayış nəticəsində son məlumatlara görə 103 nəfərin həlak olduğu Kermanda törədilən terror aktı ilə bağlı İran rəhbərliyinə başsağlığı verib.

Rusiya lideri respublikanın ali lideri Əli Xamneyiyə və prezident İbrahim Rəisiyə teleqram vurub. Putinin mesajında deyilir:

“Qəbiristanlığı ziyarət edən mülki şəxslərin qətli qəddarlığı və rüsvayçılığı ilə şok edicidir. Rusiya terrorizmi bütün forma və təzahürlərində qəti şəkildə pisləyir və “bu şərlə barışmaz mübarizəyə” sadiqliyini bir daha təsdiqləyir”, - dövlət başçısı vurğulayıb.

Son məlumatlara görə, qurbanların sayı 188 nəfərə çatıb. 103 nəfər ölüb. Məlumata görə, ilk partlayış yerli vaxtla təxminən 15:00-da baş verib, ikinci qurğu insanlar zərərçəkənlərə kömək etmək üçün toplaşanda işə düşüb.

Partlayışlar general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda baş verib. KİV-in məlumatına görə, dəfn mərasiminin keçirildiyi qəbiristanlığın yaxınlığındakı çantalara partlayıcılar yerləşdirilib və onlar uzaqdan işə salına bilər.
2020-ci il yanvarın 3-də ABŞ-ın hücumu nəticəsində İraqda SEPAH-nin yüksək rütbəli məmuru Süleymani öldürülüb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin